Haqqımızda

baku-as-an-island-23194-1920sx1s5080

.

İtal Caspian uzun müddət Cənubi Qafqaz məkanında işləyən bir qrup italyan sahibkar və konsultantların istəyi nəticəsində yaradılmış bir təşkilatdır.

Bizim üçün xaricdə fəaliyyət göstərmək yalnız eksport ilə məşğul olmaq demək deyil. Bizim fəaliyyətimiz həm də, əsasən, dünya bazarında mövcud olan investisiya, kapital qoyuluşu və istehsalatın genişləndirilməsi imkanlarından istifadə etmək bacarığından ibarətdir.

Azərbaycanda fəaliyyətə başlamaq və ya daha da inkişaf etmək istəyən italyan müəssisələr bizim geniş və yüksək qvalifikasiyaya malik yerli professional və əlaqəli network-umuzdan başqa, həm də bizim bacarıq və təcrübəmizdən istifadə edə bilərlər.

İtal Caspian İtaliya bazarına çıxmaq, orada ofis əldə etmək və ya açmaq, eyni zamanda filiallar yaratmaq  istəyən Azərbaycan müəssisələrinə ölkə barədə biliklərini və lazımı yardımını  təklif edir.

İtaliyanın milli bazarına daxil olmağı arzulayan hər bir Azərbaycan müəssisəsi İtal Caspianın professional şəkildə yaradılmış xidmətlər toplusundan ibarət olan strukturundan yararlana bilər.

Ofisimiz Bakıda, Azərbaycanda yerləşir və biz strateji aspektdən başlayaraq, operativ etapa qədər Sizə professional yardımın istənilən növünü təklif edirik.

Bizim işimizin məqsədi Sizin bazardakı iştirakınızı nəzərə çarpacaq və uzunmüddətli təsirə malik formada yaxşılaşdırmaq üçün konkret və uğurlu nəticələrin əldə olunmasıdır.