Xidmətlər

.

İtal Caspian İtaliya bazarına çıxmaq, orada ofis əldə etmək və ya açmaq, eyni zamanda filiallar yaratmaq  istəyən Azərbaycan müəssisələrinə ölkə barədə biliklərini və lazımı yardımını  təklif edir.

İtaliyanın milli bazarına daxil olmağı arzulayan hər bir Azərbaycan müəssisəsi İtal Caspianın professional şəkildə yaradılmış xidmətlər toplusundan ibarət olan strukturundan yararlana bilər.

İtal Caspian fiziki şəxslər və dövlət orqanları üçün böyük tədbirlərin təşkilində və komunikasiya işində əhəmiyyətli təcrübəyə malik olan bir partnyordur.

Təklif etdiyimiz xidmətlər:

 Maraq kəsb edən sahələrdə mövcud imkanların tədqiqi və qiymətləndirilməsi;
 İtalyan məhsul və ya xidmətlərini təklif edənlərin axtarışı;
 Alıcı müəssisələrin axtarışı;
 Danışıqlar zamanı yardım;
 Müqavilə ilə bağlı lazımı yardımın göstərilməsi və ticarət işi üçün personalın seçilməsi;
 Fəaliyyət üçün müvafiq ofis, obyekt və yerlərin müəyyənləşdirilməsi;
 Fəaliyyət üçün lisenziyaların və lazımı icazələrin əldə olunması ilə bağlı olaraq bürokratik işlərdə dəstək;
 Müəssisələrin açılması zamanı rəsmi işlərlə bağlı yardım;
 Hüquqi, inzibati və vergi işləri ilə bağlı yardım və əməkdaşlıq;
 Qiymətlli binaların bərpası və əldə olunması üçün daşınmaz əmlakla bağlı konsultasiya;
 İtaliyada keçirilən beynəlxalq sərgi və yarmarkalarda yardım və tərcüməçi xidməti;
 Marketing və Komunikasiya;
 Mətbuat bürosu və Media Relations;
 İtaliyanın əsas şəhərlərində mədəni, idman və biznes tədbirlərinin təşkilli;

İtal Caspian İtaliya ərazisində öz fəaliyyətlərini artırmaq və italyan partnyor və təchizatçılarını tampaq istəyən Azərbaycan müəssisələri üçün partnyordur. İtaliya bazarında Azərbaycan müəssisələrinin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün ilk öncə biznes imkanlarının qiymətləndirilməsi, sonra isə lazım olan hər bir işin yerinə yetirilməsində yardım edə biləcək bir yoldaşdır.

İtal Caspian ərazinin əsas hüquqi və vergi müəssisələri ilə əlaqədədir və bu əlaqələr uzun illər boyu bank və tikinti sahəsi də daxil olmaqla bütün sahələrdə yerinə yetirilən fəaliyyət zamanı əldə olunmuşdur.

İtal Caspianın personalı ingilis və Azərbaycan dillərində təmiz danışmaq bacarığına malikdirlər.