İtaliya
60 milyon əhalisi olan İtaliya bütün dünyada tanınmış və öz məhsul və xidmətlərini təklif edən istənilən xarici müəssisə üçün istinad bazarı hesab olunan bir ölkədir.
İtaliya həm də çox müxtəlif “sifət”li və fərqli, özünəməxsus xüsusiyyətlərə malik bir ölkədir. Texnologiya, istehsalat, motorlar, dizayn, moda, turizm, incəsənət, yemək və qiymətli içkilər – bütün bunlar İtaliyanı özünəməxsus edən ölkədir, bu siyahını artırmaq da olar. Bu torpaqda məhsul və xidmətləri satmaq, eyni zamanda bazardan yüksək texnologiya və keyfiyyətə malik əmtəə əldə etmək olar.
Bütün bazarlar kimi İtaliya bazarı haqqında da təsadüfü məlumat və yanaşma ilə kifayətlənmək olmaz. İtaliyanın şimalı, mərkəzi və cənubu arasında çoxlu fərqlər var: mədəni amillər, infrastruktura, mövcud istehsalat mərkəzləri, yeni fəaliyyətlər üçün imkanlar, biznesi dəstəkləmək yolları, istehlakçıların xüsusiyyətləri və s.
Həmçinin 2013-cü il üçün (yanvar-fevral) İtaliya Azərbaycanla olan ticarət əlaqələrində 7.4 milyon avro dəyərində mübadilə ilə birinciliyi qoruyub saxlamışdır və öncəki ilin həmin dövrlərinə nisbətən, mübadilə dəyəri əsas etibarı ilə enerji xam malının ixracatındakı 3,6% azalma nəticəsində 2% aşağı enmişdir.
İtaliya öz ixracatını 2012-ci ildəki 401,2 milyon avro göstəricisindən fərqli olaraq, 2013-cü ildə 28,7% artımla 516,5 milyon avro dəyərində olan məbləğlə bağlamışdır. İtaliya ayaqqabılari isə 2012-ci illə müqayisədə 26,3% artım nümayiş etdirərək 11 milyon avro dəyərinə imza atmışdır (2012-ci il 8,8 milyon avro) – mənbə İCE təşkilatı.